1 C
Baku
Saturday, December 14, 2024

İnternet Bankçılıqdan Nağd Avans Əməliyyatları Et, Heç Bir Komissiya Ödəmə!

Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq xidmətindən istifadə edən fərdi müştəriləri üçün yeni kampaniya təqdim edir.

Beləliklə 15 Oktyabr – 15 Noyabr tarixləri arasında İnternet Bankçılıq xidməti ilə Nağd Avans Əməliyyatları edən müştərilər komissiya ödənişindən azad olunacaqlar. Kampaniyada sadəcə nağd avanslar nəzərə alınacaq.Müştərilər İnternet Bankçılıqda  Nağd Avans köçürməsindən tutulacaq 2% + 1AZN dəyərindəki komissiyadan azad olunacaq. Lakin Nağd Avansa görə illik faizlər hesablacaq və müştəridən tutulacaqdır.

İnternet Bankçılıq xidmətinə qoşulmaq üçün Yapı Kredi Bank Azərbaycanın filiallarından birinə yaxınlaşaraq heç bir ödəniş etmədən qeydiyyatdan keçmək kifayətdir. Kampaniyadan yararlanmaq üçün müştəri bank tərəfindən eyni gün ərzində verilmiş müştəri nömrəsi və şifrə ilə www.yapikredi.com.az saytından “Fərdi İnternet Bankçılıq” bölməsinə daxil olmalı və faktura ödənişi etməlidir.

Təklif olunan kampaniya ilə bağlı əlavə məlumatı http://www.yapikredi.com.az ünvanından, http://www.facebook.com/yapiKrediAZhttp://www.facebook.com/YapiKrediWorldAZ səhifələrindən və ya *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzinə zəng edərək əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər