12 C
Baku
Friday, November 1, 2024

İnternet mağazaya qarşı 1,2 milyon dollarlıq dələduzluq

ABŞ-ın İndiana ştatında bir cütlük Amazon internet mağazasına qarşı 1,2 milyon dollarlıq dələduzluq edib.

“RİA Novosti”yə istinadən məlumata görə, bu barədə The Star Press nəşri xəbər verib.

Məlumata görə, Erin və Liya Finanlar bir neçə dəfə internetdən aldıqları malların qüsurlu olduqlarını iddia edərək malın yenisi ilə əvəz olunması tələb ediblər. Yeni məhsulu aldıqdan sonra isə qüsurlu malı mağazaya qaytarmayaraq onu bazar dəyərindən aşağı qiymətə satıblar.

Nəticədə cütlük 1,2 milyon dollar qazana bilib.

Törətdikləri əmələ görə onları 20 ilə qədər həbs gözləyir.

Son xəbərlər
Digər xəbərlər