İnternet marketinqi harada öyrənmək olar: Avropa universitetlərində 5 proqram

Xarici universitetlərdəki təhsillə bağlı bir sıra stereotiplər var: xarici universitetə qəbul olmaq çətindir, xaricdə pulsuz təhsil almaq mümkün deyil, otuzdan çox yaşı olanlar xarici universitetlərə sənəd göndərə bilməz və s. Bütün bu mifləri məhv edərək, İnternet-peşələrinə harada yiyələnə biləcəyimizi qiymətini araşdıraq. 

Pul qazana bilməyim üçün marketinqi harada öyrənə bilərəm?

eMarketer araşdırma şirkətinin məlumatına görə, 2020-ci ildə ABŞ şirkətləri rəqəmsal reklama təxminən 129 milyard dollar xərcləyəcəklər ki, bu da TV və çapa çəkilən xərcdən qat-qat çoxdur. 

Qeyd edək ki, rəqəmsal marketinq sahəsi inkişaf etməkdə olsa da, yaxşı mütəxəssis tapmaq olduqca çətindir. Facebook, Amazon, SAPP&G kimi şirkətlər sertifikatlı işçi deyil, fundamental biliklərə sahib olan mütəxəssis axtarışındadırlar. 

Xüsusilə vurğulamaq lazımdır ki, MDB məkanında rəqəmsal marketinq təhsili hələ formalaşmayıb və adətən Qərb meylləri bizə bir neçə il sonra gəlib çatır. Məhz bu səbəbdən marketoloqlar xarici və məşhur həmkarlarının təcrübəsindən istifadə etməli olurlar: vebinarlara baxırlar, məqalə və kitablaırn tərcümələrini oxuyurlar. Bununla yanaşı, xarici ali təhsil müəssisələri iqtisadiyyatın tələblərinə cavab verən proqramlar təklif edirlər. 

İşədüzəlmə və marketoloqların orta gəliri

Serpstat-ın verdiyi məlumata görə, 2019-cu ildə MDB ölkələri üzrə distant çalışan marketoloqların orta aylıq gəliri 700 dollar təşkil edib. Xarici şirkətlər üçün bu rəqəm 1298 dollar olub – məsələn, ABŞ-da İnternet-marketinq mütəxəssisi ildə 60 min dollar qazanır. 

Avropa universitetlərində 5 proqram – 144 avrodan başlayan qiymətlərlə

  1. Strategic Marketing Management (Master of Arts). Almaniyada International School of Management (ISM) proqramı. Təhsil müddəti – 2 il. Dil biliyi TOEFL setrifikatı ilə təsdiqlənməlidir (80 bal və ya digər testlərin ekvivalenti). DAAD təqaüdləri, tələbə güzəştləri və universitet qrantlar mövcuddur. Təqaüdsüz qiyməti ildə 6480 avrodur. 
  2. Master of Media and Communication Science. Almaniyada Technische Universität Ilmenau proqramıdır. Təhsil müddəti – 1,5 il (3 semestr). Abituriyentlər ingilis dili biliklərini IELTS 6.5 (B2 səviyyəsi) sertifikatı ilə təsdiqləməlidirlər. Təhsil pulsuzdur, amma hər semestr 144 avro ödəmək tələb olunur. Almaniyada yaşayış xərclərini ödəyəcək DAAD təqaüdü mövcuddur. 
  3. Master in e-Business and Digital Marketing. Yunanıstanda International Hellenic University proqramıdır. Təhsil müddəti – 1 il 2 ay. Təhsil haqqı – ildə 4 min avro. Təqaüd yoxdur, yalnız endirimlər və universitet qrantları mövcuddur. Dil bilikləri IELTS testi ilə təsdiqlənməlidir (minimum 6.5). 
  4. Master in Marketing IMC. Avstiyadakı University of Applied Sciences Krems proqramı. Təhsil müddəti – 2 il. Avstriya universitetlərində təhsil almaq pulsuz olsa da, hər semestrə görə 383 avro ödəmək lazımdır. Qəbul üçün ən az IELTS sertifikatı tələb olunur (minimum 7.0).
  5. Research Master in Business: Niderlandda Tilburg University proqramıdır. Təhsil müddəti – 2 il. Təhsil haqqı – ildə 2143 avro. Yaşayış və təhsil xərcini tam ödəyəcək Orange Tulip təqaüdü mövcuddur. Qəbul olmaq üçün IELTS sertifikatı tələb olunur (minimum 6.5).

Xarici universitetə qəbul olmaq üçün nə lazımdır?

Tələb olunur:

  1. Dil biliklərini təsdiq edən sertifikat (testDAF, IELTS, TOEFL);
  2. Sənədlər paketi;
  3. Vaxtında müraciət göndərmək;

Nəzərinizdə olsun ki, hər bir universitetin irəli sürdüyü tələblər fərqli olduğundan, təhsil almaq istədiyiniz müəssisənin rəsmi İnternet saytında daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Nəticə

Hər bir abituriyent xaricdə təhsil ala bilər. Bu işdə sizə repetitorlar və agentliklər köməklik edə bilərlər. Əsas odur buna sistemli yanaşasınız. Əvvəlcə təhsil almaq istədiyiniz ölkəni, sonar isə universiteti seçin. Əksər hallarda xaricdə oxumaq üçün ingilis dilini Upper-Intermediate səviyyəsində bilmək, bakalavr diplomuna və bir neçə motivasiya məktubuna sahib olmaq kifayət edir.