“Thrones of Games” televiziya seriyalının ikinci epizodu İnternet şəbəkəsində yayılıb. Qeyd edək ki, yeni bölümün rəsmi açılışı hələ olmayıb. Hadisənin baş vermə səbəbi kimi “Amazon Prime” video xidmətinin xətası göstərilir. Bu haqda Insider portalı xəbər verir.
Banker.az xəbər verir ki, “Games of Thrones” seriyalının yeni bölümünə baxmaq üçün ödəniş etmiş Almaniyadan olan istifadəçilər, birinci epizoddan sonra dərhal ikinci epizodu da izləyə bilmişlər.
Qeyd olunur ki, müvafiq məlumatın əldə edilməsindən sonra, “Amazon Prime” video xidməti bu xətanı aradan qaldırıb.
“Games of Thrones” seriyalı George Martin-in “A Song of Ice & Fire” romanının süjetinə əsasın çəkilib. Süjetin mərkəzində iki aristokrat sülalənin bir-biri ilə apardığı mübarizə dayanır. Seriyalın sonuncu seriyaları 2019-cu ilin aprel ayında yayıma buraxılıb.