İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu internet, TV və telefon xidmətlərinin göstərilməsi layihəsi üzrə “Faraon-1” MMC-yə güzəştli kredit verib.
Banker.az xəbər verir ki, bu barədə Fonddan bildirilib. Kreditin məbləği 200 min manat təşkil edir.
Layihənin maliyyələşdirilməsi “Bank Respublika” ASC vasitəsilə həyata keçirilib.