12 C
Baku
Sunday, October 27, 2024

İnternet üzrə aylıq ödənişlərin ən rahat yolu hansıdır?

Hazırda dünyanı internetsiz düşünmək olduqca çətindir. Artıq bir neçə ildi o Azərbaycanda xüsusi imkanlılıq statusu yox, zərurətə çevrilmişdir.

 Evində internet olan hər bir kəsin digər bir problemi, ödənişləri unutmaqla hər dəfə internetin kəsilməsidir. İnternet kəsiləndən sonra isə onu açmaq bir qədər vaxt və əziyyət tələb edir.

Bu tip problemlərlə qarşılaşmamaq üçün, sizə xüsusi bir xidmət haqqında danışmaq istəyirik.

Təbii ki, siz hər ayı individual ödəmək imkanınız var . Bizim danışacağımız xidmət daha çox ümumiyyətlə bir müddət bu əziyyəti çəkmək istəməyənlər üçün nəzərdə tutulmuşdur.

Danışdığımız xidmət, sizin elektron ödəniş məlumatlarınızı (yəni plastik kart məlumatların) bir dəfə yadda saxlamaqla, hər ay sizin qeyd etdiyiniz tarixlərdə sizin müəyyən etdiyiniz məbləğ həcmində avtomatik ödəniş həyata keçirəcəkdir.

Belə faydalı xidmət E-pul sistemində vardır. Qeyd olunan xidmətdən yararlanmaq üçün sadəcə qeydiyyatdan keçməyiniz kifayət edir. Növbəti addımlarınız aşağıdakı şəkildə olmalıdır.

Capture

Qeyd olunan addımları sadəcə bir dəfə yaratmaq kifayət edirki, hər ay müəyyən ödənişləri etməkdən yaxa qurtarasınız.

Xidmətin işi ilə hər hansı bir sual yarandıqda operativ cavabı buradan ala bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər