Zamanın tələbinə uyğun olaraq, debet kartlarına olan tələbat günü-gündən artmağa başlayır. Əhali bəzi elektronlaşmış xidmətləri ödəmək üçün banka, poçt şöbələrinə və s. getmədən internet vasitəsi ilə ödənişlər etməyə üstünlük verir. Qeyd olunan ödənişləri həyata keçirmək üçün hər hansı bir plastik kartın olması kifayət edir.
Plastik kartların növləri çox olsada, internetdə ödəniş etmək üçün ucuz çipsiz debet kartları yararlı və sərfəli hesab edirik. Çipsiz kartların mənfi xüsusiyyəti onlara qoyulan pulu sonradan bankomat vasitəsi ilə çıxarmağın mümkünsüzlüyüdür. Yəni karta pul qoyuldusa nə vaxtsa istifadə edilməlidir, pulu kartdan geri götürmək üçün isə yeni , çipli kart sifariş vermək gərəkdir.
Çipsiz debet kartların üstün cəhətləri isə aşağıdakılardır:
- Qiymətinin ucuz və ya pulsuz olması
- Əgər internetdə ödənişləri riskli hesab edirsinizsə və bu məqsədlə əmək haqqı kartınızı (hansındaki daima daha çox məbləğ olur) qoşmaq əvəzinə, yeni bir debet kartı alırsınız və lazım olan məbləğdə pul qoymaqla ondan istifadə edirsiniz.
Banker.azın banklar arasında apardığı monitorinqin nəticəsi olaraq, banklar çipsiz debet kartları aşağıdakı qiymətlərə təqdim edirlər.
Bank | Qiymət |
Xalq Bank | Pulsuzdur(əvvəldən karta 50 AZN yatırmaq şərtilə) |
Bank Respublika | Pulsuzdur(əvvəldən karta 100 AZN yatırmaq şərtilə) |
Rabitəbank | 8 AZN |
Kapital Bank | 5 AZN Virtual kart |
Unibank | 5 AZN Virtual |
Azərbaycan Sənaye Bankı | 5 AZN |
Bank of Baku | 3 AZN Virtual kart |
AFB Bank | 3 AZN |
Bank Avrasiya | 20 AZN |
Naxçıvanbank Bakı filialı | 20 AZN |
NBCBank | 15 AZN |
AtaBank | 10 AZN Virtual kart |
Melli Iran Bank | 10 AZN |
Nikoil Bank | 10 AZN |