İnternetdən edilən qlobal alış-veriş azarı günbəgün inkişaf edir. Online-mağaza, reklam şirkətlərinin və araşdırma təşkilatlarının nümayəndələri eCom21 konfransı çərçivəsində bunun nəyə görə baş verdiyindən bəhs edib.
Banker.az əsas diqqət çəkən məqamları təqdim edir:
- «distributed» commerce – paylanmış ticarət
Alıcının artıq məhsulu əldə etməsi üçün sayta daxil olması gərək deyil. Məqalələrdən, bloqlardan, messencerlərdən və sosial şəbəkələrdən birbaşa olaraq alış-veriş etmək mümkündür. Bu müştərinin saytda məhsulu əldə etmək fikrindən daşınmasına səbəb olan əlavə keçidlər etməsini azaldır və impulsiv alış-veriş etməyə vadar edir.
- Beynəlxalq bazarlar
Yerli bazarlardakı online satışların sahib olduğu əhəmiyyətli pay artıq Amazon, eBay, AliExpress və s. kimi beynəlxalq ticarət platformalarının əlinə keçir. Bəzi alıcılar üçün online alış-verişin “açarı” məhz bu platformalardır.
- İnternetin populyarlığı
Sosial şəbəkələrdə, saytlarda nə qədər çox zaman sərf ediriksə, tək ünsiyyəti deyil, alış-verişi də online versiyaya köçürməyimizin ehtimalı bir o qədər artır. Növbəti addım isə online satışların smartfonlara keçid etməsidir.
- Logistika
Mağazalara səfərlə özünü çətinə salmaq əvəzinə, poçtla tez və ucuz məhsul əldə etmək imkanı online ticarətin daha bir müsbət cəhətidir. ABŞ və Çində elektron kommersiyanın inkişafına məhz logistikanın inkişafı təsir edib.
- Reklam
İnternetdə reklam çoxluğu nəinki bu və yaxud digər brendlərə qarşı münasibətimizi formalaşdırır, həmçinin istifadəçini internetdən alış-veriş etməyə sürükləyir. Böyük məlumatların təhlili hesabına “fərdiləşdirmə” imkanlarının inkişafı fonunda bu trendin təsiri daha da artacaq.