19 C
Baku
Tuesday, September 30, 2025

İnternetin ən ucuz olduğu ölkələr — Top 15

Ən ucuz internet Hindistandadır – burada aylıq ödəniş 7,7 dollar təşkil edir. Rusiya ikinci yerdədir: “Rosstat”ın məlumatına görə, ölkədə internet üzrə aylıq abunə haqqı 693 rubl və ya 8,7 dollardır. İlk üçlüyü Rumıniya bağlayır – burada internetin qiyməti 9,8 dollar təşkil edir.

Ən əlçatan internetə sahib olan digər ölkələr sırasında Çin (11,3 dollar), Özbəkistan (11,5), Qırğızıstan (11,7), Qazaxıstan (12,7), Türkiyə (13,8), Bolqarıstan (14,6) və Litva (16,5) var.

Top-15 reytinqini isə Polşa (17,2 dollar), Gürcüstan (17,4), Tailand (18,4), Ermənistan (19,1) və Latviya (19,7 dollar) tamamlayır.

Ən bahalı internet ABŞ ($72,1), Kanada ($61,7), Lüksemburq ($59,1), Belçika ($56,9) və İrlandiyadadır ($55,1)

Son xəbərlər
Digər xəbərlər