26 C
Baku
Friday, July 5, 2024

İnternetin insana təsiri yalnız neqativ deyil

İnsan həyatında internetin yaranması onun bir çox vərdişlərini və davranışına təsir göstərərək onları dəyişib. Biz sosial şəbəkələrdə istirahətə nə qədər çox vaxt ayırırıqsa, bir o qədər az vaxt yuxuya və real həyatda ünsiyyətə vaxt sərf edirik.

İnternetin gündəlik həyatımıza təsirinin təhlili üçün Vaşinqton İnstitunun əməkdaşı -texnoloji siyasətçi Amerikanın sakinlərinin davranışlarına aid məlumatları araşdırmağa başlayıb. O, The American Time Use Survey sorğusunun nəticələrini təhlil edib. Bu sorğuda 1300 nəfər “Öz şəxsi vaxtlarını necə bölüşdürürlər?” sualına cavab veriblər.

Bir insanın internetdə keçirtdiyi vaxt 7 dəqiqədən 13 dəqiqəyə qədər artmışdı. Həmçinin alim internetdə keçirtdiyimiz istirahətin bir dəqiqəsinin digər istirahət növlərinin 0,28, işin 0,27 və yuxunun 0,12 dəqiqəsinə bərabər olduğunu açıqlamışdı. Orta hesablama ilə internetdə keçirtdiyimiz 1 saat vaxt işdə itirdiyimiz 16 dəqiqəyə və yaxud il ərzində səkkiz itirdiyimiz günə bərabərdir. İnternetdə əsas əyləncələr Facebook və Twitterdilər.

Həmçinin alim internetin nəinki insana pis təsir etdiyini, həmçinin real həyatımıza müsbət təsir etdiyini (qəzetlərin oxunması, filmlərə baxmaq) də iddia edir. İnternet yeni yeni iqtisadi fəaliyyət üçün imkanlar yaradır.

Amerikalılar gün ərzində Dünya Şəbəkəsinə nəzər yetirməyə və gəzintiyə iki dəqiqə vaxt ayırırlar.

Son xəbərlər
Digər xəbərlər