Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, Nail İsmayılov İKTA-nın Xidmət bazarlarına nəzarət və istehlakçı hüquqlarının qorunması departamentinə müdir təyin edilib.
Nail İsmayılov əvvəllər ASAN Xidmətdə -Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində çalışıb, xeyli müddət Kənd Təsərrüfatı Nazirliyinin İT şöbəsinə rəhbərlik edib.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.