24 C
Baku
Friday, April 26, 2024

İnternetin yaradıcılarından biri öldü

Müasir internetin yaradıcılarından biri sayılan Con Perri Barlou 70 yaşında vəfat edib.

Bu barədə onun yaratdığı və kiberməkanda hüquqların müdafiəsi ilə məşğul olan “Electronic Frontier Foundation” (EFF) təşkilatının “Facebook” səhifəsində məlumat verilib.

“Bu gün internet öz qəhrəmanını itirdi. EFF özünün müdrik yaradıcısı Con Perri Barlounun vəfatının yasını tutur”, – deyə açıqlamada bildirilir.

Açıqlamada qeyd olunur ki, əsas internet seqmentləri bu gün Barlou sayəsində mövcuddur və inkişaf edir: “O, ümumdünya internet şəbəkəsini fiziki məsafələrdən asılı olmayaraq, insanların azad ünsiyyət məkanı sayırdı”.

MənbəLent.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər