11 C
Baku
Wednesday, November 13, 2024

İnterpol azərbaycanlı iş adamını hələ də təqib edir

Beynəlxalq polis təşkilatı İnterpol Azərbaycan vətəndaşlığı daşıyan türkiyəli iş adamı Əli Evsenin adını hələ də “qırmızı bülleten”lə axtarılan cinayət şübhəliləri siyahısından çıxarmayıb.

“İnterpol”un saytında Əli Evsenin hələ də Misir hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verildiyi göstərilir.

Əli Evsen 90-cı illərin əvvəllərində Azərbaycanda biznes qurub, bir vaxtlar onun “Evsen Group” şirkəti Azərbaycan iqtisadiyyatının bir çox sahələrində fəaliyyət göstərirdi.  O, Azərbaycanda biznes fəaliyyətini məhdudlaşdırandan sonra Avropada biznes qurub, Albaniya Hava Yolları şirkətini alıb və digər aktivlərin sahibi olub.130084_src

Virtualaz

Son xəbərlər
Digər xəbərlər