Hər kəsə Ernest Heminqueyin özünə sevimli tüfəngindən atəş açaraq intihar etdiyi məlumdur.
Lakin az saylı insanlara Heminqueyin atasının da, qardaşının da, bacısının da və nəvəsinin də (Marqo Heminquey məşhur aktrisa və model olub) intihar edib həyatlarına son qoyduqları məlumdur.
P.S.: Həyatının son illərində məşhur yazıçı psixiatrik xəstəxanada müalicə alırdı. Ona elə gəlirdi ki, FTB hər yerdə onu izləyir, onun olduğu hər yerdə səs dinləmə cihazlarının yerləşdirildiyini düşünürdü. Nəticədə Heminqueydə dərin depressiya və paranoya xəstəlikləri inkişaf etmişdi.
Heminquey telefon ilə dostuna zəng vuranda FTB-nin telefonda belə səs dinləmə cihazlarını yerləşdirdiyi haqqında şikayətlənirdi.
Ernest Heminqueyin ölümündən 50 il sonra FTB həqiqətən də yazıçını izlədiklərini və hər yerdə səs dinləmə cihazlarını yerləşdirdiklərini etiraf etmişdi.