Amerikanın maliyyə proqram təminatçısı “Intuit” elektron poçt xidməti “Mailchimp” ilə razılığa gəlib. Şirkət “Mailchimp”i 12 milyard dollara aldığını açıqlayıb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Bildirildiyi kimi, “Intuit” “Mailchimp”dən “kiçik və orta sahibkarlara onlayn biznes işə salmağa kömək edən” “QuickBooks” xidmətini tanıtmaq üçün istifadə etməyi planlaşdırır, bu barədə şirkətin baş direktoru Sasan Qudarzinin mesajında deyilir.
“Mailchimp” daha əvvəl heç vaxt xaricdən maliyyə cəlb etmədiyini və bu alışın onun üçün rekord olduğunu etiraf edib. Xatırladaq ki, əvvəlki rekord “Microsoft”un aldığı “Mojang” şirkətinə məxsusdur – 2.5 milyard dollar.
“Mailchimp” müqavilə əsnasında qurucuları Ben Çestnut və Mark Armstronqa məxsus olub, şirkət 2001-ci ildə qurulub. “Intuit” 1983-cü ildə yaradılıb və onun ən qabaqcıl məhsulu ABŞ sakinləri üçün vergi təqdimetmə proqramı olan “TurboTax” sayılır.