“Invesco”: Mərkəzi bankların üçdə ikisi iqlim problemlərini məsuliyyət sahələrinə aid edir

Dünya mərkəzi banklarının 63%-i iqlim dəyişikliyinin onların səlahiyyətində olduğunu düşünür.

“Kommersant”ın verdiyi məlumata görə, bu barədə ABŞ-ın “Invesco” investisiya şirkətinin 141 mərkəzi bankının və suveren fondunun rəhbərləri arasında apardığı sorğu nəticəsində məlum olub.

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 45,3 mln. dollar cəlb edib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil
Mikayıl Cabbarov: “Dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz 127,1% icra edilib”
Sorğuya əsasən, mərkəzi bank rəhbərlərinin 45%-i hesab edir ki, iqlim dəyişikliyinin təsirləri ilə mübarizə pul siyasətinin əsas hədəfi olmalıdır. Respondentlərin 24%-i bu ifadə ilə razılaşmır, 31%-i qəti cavabdan çəkinib.

Suveren fondlar üçün 2020-ci ildə bazar və likvidlik risklərindən sonra məhz iqlim riski olub. COVID-19 istisna olmaqla, suveren fondların nümayəndələrinin əksəriyyəti (62%-i) iqlim dəyişikliyinin investisiya idarəetmə qərarlarına təsir edən makroiqtisadi mövzulardan biri adlandırıb.

Qeyd edək ki, iyun ayında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso (Odile Renault-Basso) ilin sonunadək “yaşıl” layihələrə ayrılan investisiyaların payını 40%-ə çatdırmağa hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, 2022-ci ilin sonuna qədər AYİB-in fəaliyyətlərinin Paris İqlim Sazişinə tam uyğunluğu təmin ediləcəyi planlaşdırılır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.