Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə sentyabrın 12-dən “Invest-Az” QSC-nin faizli, təmin edilməmiş istiqrazları BFB-də standart bazar seqmentində listinqə daxil olunub.
BFB-dən Banker.az-a bildiriblər ki, ticarətə buraxılan istiqrazların sayı 1500 ədəd, qiyməti 1000 dollardır. Ticarətə sentyabrın 14-dən başlanılacaq. İstiqrazların yerləşdirməsi üzrə anderayter “Invest-Az İnvestisiya şirkəti” QSC-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.