“Invest-AZ” bu yolla nizamnamə kapitalını artırıbmış

0

Hələ ötən ilin 3-cü rübü ərzində “Invest-AZ İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 430 min manat artıraraq 800 min manatdan 1,23 mln. manata çatdırılması ilə bağlı məlumatlar verilmişdi.

Banker.az bu QSC-nin 2018-ci il ərzində nizamnamə kapitalını hansı yolla artırması barədə məlumat əldə edib. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Belə ki, QSC, səhmlərinin dəyərini bahalaşdırmaqla nizamnamə kapitalını 53,75% artırmalı olubmuş. Yəni, investisiya şirkətinin bir səhminin nominal dəyəri 2018-ci ilin 3-cü rübünə qədər 1000 manat olduğu halda, həmin tarixdən 1301 manata qədər artırıb.

Bundan əlavə qeyd edilən rübdə bank 559,43 min manat dəyərində əlavə səhm emmisya edib.

Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildən fəaliyyət göstərir. Kapital artımına qədər onun səhmlərinin 60%-i Elşən Quliyevə, 40%-i isə Ceyhun Abdullayevə məxsus olub.

İnvestisiya şirkəti əlavə vəsait qoyuluşundan sonra səhmdarların pay bölgüsünün dəyişib-dəyişmədiyinə aydınlıq gətirməkdən imtina edib.