12 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

“İnvest-Az İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub

Bakı Fond Birjası 2021-ci ilin yanvar-oktyabr ayları üzrə birja üzvlərinin dövriyyəsini açıqlayıb.

Banker.az xəbər verir ki, 2021-ci ilin 10 ayında səhm bazarında  38 milyon 938 min 978 manatlıq əməliyyat həyata keçirilib.

Hesabatdan məlum olur ki, bu ilin yanvar-oktyabr aylarında səhm bazarı üzrə əməliyyatların həcminə görə 1-ci yeri “İnvest-Az İnvestisiya Şirkəti” QSC tutub. Şirkət 10 ayda səhmlər üzrə 15 milyon 298 min manatlıq əməliyyat həyata keçirib.

“İnvest-Az İnvestisiya Şirkəti” QSC ilə keçirilmiş cəmi əməliyyatların həcmi 361 milyon 478 min manat təşkil edib.

Korporativ istiqrazlar ilə aparılan əməliyyatın həcminə görə isə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, “İnvest-Az İnvestisiya Şirkəti” QSC və “BTB Kapital İnvestisiya Şirkəti” QSC öndə olublar.

Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 2.255 milyon manatdır. Şirkətin səhmlərinin 73.98 %-i Elşən Quliyevə, 26.02 %-i isə Ceyhun Abdullayevə məxsusdur.

 

Son xəbərlər
Oxşar xəbərlər
X