4 C
Baku
Tuesday, December 24, 2024

“İnvest-AZ İnvestisiya Şirkəti” 1-ci yarımillikdə mənfəət edib, gəlirləri kəskin artıb

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2021-ci ilin birinci yarımilliyini 187 min 266 manat xalis mənfəətlə başa vurub.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin 6 ayında “İnvest-AZ İnvestisiya Şirkəti”nin cəmi gəlirləri 1 milyon 363 min manat (əvvəlki illə müqayisədə 62% çox) təşkil edib.

2021-ci ilin iyulun 1-nə “İnvest-AZ İnvestisiya Şirkəti”nin aktivləri 9 milyon 350 min manat manat olub. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 13% azalaraq 6 milyon 563 min manata, balans kapitalı isə 29.4% azalaraq 2 milyon 787 min manat təşkil edib.

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Son xəbərlər
Digər xəbərlər