14 C
Baku
Sunday, May 5, 2024

“İnvest-AZ İnvestisiya Şirkəti” daha da böyüyüb, gəlirləri və mənfəəti 20-30% civarında artıb

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2022-ci ili 1 milyon 589 min manat xalis mənfəətlə başa vurub. İnvestisiya şirkətinin mənfəəti ildən-ilə artır. 2021-ci ildə isə şirkətin mənfəəti 1 milyon 242 min manat olub ki, bu da illik müqayisədə 28% artım deməkdir.

Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Ötən il “İnvest-AZ İnvestisiya Şirkəti”nin cəmi gəlirləri 4 milyon 960 min manat (əvvəlki illə müqayisədə 21.3% çox) olub ki, ondan 4 milyon 672 min manatı marja ticarətindən gəliri, 242 min manatı broker xidmətlərindən və digər komissiya gəlirləri, 28 min manatı tədris xidmətləri üzrə gəlirlər, 18 min manatı isə dividend gəliri olub.

XƏRCLƏRİNİ OPTİMALLAŞDIRIB

2022-ci ildə “İnvest-AZ İnvestisiya Şirkəti”nin haqq və komissiya xərcləri 247 min manat (əvvəlki illə müqayisədə 6% az), inzibati və digər əməliyyat xərcləri 3 milyon 474 min manat, faiz xərcləri isə 387 min manat  təşkil edib.

AKTİVLƏRİ ARTIB

Bu il yanvarın 1-nə “İnvest-AZ İnvestisiya Şirkəti”nin aktivləri 27 milyon 251 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 2 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 22 milyon 509 min manat, kapitalı isə 4 milyon 742 min manat olub.

Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon 838 min manatdır. Şirkətin səhmlərinin 73.98 %-i Elşən Quliyevə, 26.02 %-i isə Ceyhun Abdullayevə məxsusdur.

nv nv2

Son xəbərlər
 ⁠
Digər xəbərlər