“İnvest-Az İnvestisiya Şirkəti” QSC dekabrın 16-dan ABŞ dolları ilə buraxdığı istiqrazların satışına başlayıb.
Söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 2 min ədəd istiqrazdan (2 milyon dollarlıq) gedir.
Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 5,5%-dir. Faizlər rüblük ödəniləcək.
Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,255 milyon manatdır. Şirkətin səhmlərinin 73,98%-i Elşən Quliyevə, 26,02%-i isə Ceyhun Abdullayevə məxsusdur.
©Report