“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2024-cü ili 2 milyon 290 min manat xalis mənfəətlə başa vurub. 2023-cü ildə isə şirkətin mənfəəti 2 milyon 393 min manat olub.
Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
Ötən il “İnvest-AZ İnvestisiya Şirkəti”nin cəmi gəlirləri 14 milyon 560 min manat (əvvəlki illə müqayisədə 14.2% çox) olub ki, ondan 13 milyon 321 min manatı marja ticarətindən gəliri, 1 milyon 156 min manatı broker xidmətlərindən və digər komissiya gəlirləri, 76 min manatı tədris xidmətləri üzrə gəlirlər, 7 min manatı isə dividend gəliri olub.
AKTİVLƏRİ ARTIB
Bu il yanvarın 1-nə “İnvest-AZ İnvestisiya Şirkəti”nin aktivləri 43 milyon 683 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 28% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 35 milyon 307 min manat, kapitalı isə 8 milyon 375 min manat olub.
Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 000 400 manatdır.