“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2021-ci ili 1 milyon 242 min manat xalis mənfəətlə başa vurub. İnvestisiya şirkətinin mənfəəti ildən-ilə artır. 2020-ci ildə isə şirkətin mənfəəti 1 milyon 135 min manat olub ki, bu da illik müqayisədə 9.4% artım deməkdir.
Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
Ötən il “İnvest-AZ İnvestisiya Şirkəti”nin cəmi gəlirləri 4 milyon 88 min manat (əvvəlki illə müqayisədə 3.5% çox) olub ki, ondan 3 milyon 746 min manatı marja ticarətindən gəliri, 305 min manatı broker xidmətlərindən və digər komissiya gəlirləri, 19 min manatı tədris xidmətləri üzrə gəlirlər, 18 min manatı isə divididend gəliri olub.
XƏRCLƏRİNİ OPTİMALLAŞDIRIB
2021-ci ildə “İnvest-AZ İnvestisiya Şirkəti”nin haqq və komissiya xərcləri 263 min manat (əvvəlki illə müqayisədə 43% az), inzibati və digər əməliyyat xərcləri 2 milyon 285 min manat, faiz xərcləri isə 115 min manat təşkil edib.
AKTİVLƏRİ ARTIB
Bu il yanvarın 1-nə “İnvest-AZ İnvestisiya Şirkəti”nin aktivləri 14 milyon 498 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 26.5% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 10 milyon 655 min manat, kapitalı isə 3 milyon 842 min manat olub.
Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon 255 min manatdır. Şirkətin səhmlərinin 73.98 %-i Elşən Quliyevə, 26.02 %-i isə Ceyhun Abdullayevə məxsusdur.