“İnvest-Az” istiqrazları üçün tələb təklifi keçmədi

Bu gün, 14 sentyabr, 2018-ci il tarixində Bakı Fond Birjasında “İnvest-Az İŞ.”-nin AZ2001019788 ISIN-li, 1. 500. 000 mln ABŞ dolları həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az bildirir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 ABŞ dolları olmuşdur. Sifarişlər 5 investor tərəfindən təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1. 500. 000,00 ABŞ dolları olmuşdur.

İstiqrazların ödəmə tarixi 16 sentyabr 2019-cu ildir.