13 C
Baku
Friday, November 22, 2024

“Invest-AZ” kapital mövqeyini gücləndirir – Nizamnamə kapitalı artırıldı

Ötən ili də uğurlu maliyyə nəticələri ilə tamamlayan “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin səhm kapitalı artırılıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Invest-AZ”ın nizamnamə kapitalı 161 560 manat və ya 6 faiz artırıb.

Bununla da investisiya şirkətinin nizamnamə kapitalı 3 000 400 mln. manata çatdırılıb.

“Invest-AZ” 2022-ci il üzrə kənar audit tərəfindən aparılan hesabatda qeyd edilir ki, şirkət 4.96 mln. manat cəmi gəlirə qarşı 1.59 milyon manat həcmində xalis mənfəət əldə edib. Şirkət öncəki ili 1.24 mln. manat üzərində xalis mənfəət əldə etmişdi. Beləliklə, 1 yanvar 2023-cü il tarixinə onun kapitalında 1.9 mln. manat illər ərzində əldə etdiyi yığılmış mənfəət qalmaqdadır.

İnvestisiya şirkəti 2021-ci il üzrə mənfəətindən səhmdarlarına 1.35 mln. manat, 2022-ci ildə isə 0.69 mln. manat dividend elan edib. Əlavə olaraq bölüşdürülməmiş mənfəətindən kapital artımına 0.58 mln. manat yönəltmişdi.

 

Son xəbərlər
Digər xəbərlər