-4 C
Baku
Wednesday, February 28, 2024

İnvestAZ 2021-ci il üzrə öz maliyyə nəticələrini açıqlayıb

İnvestAZ İnvestisiya Şirkəti 2021-ci il üzrə audit olunmuş maliyyə nəticələrini açıqlayıb. Maliyyə nəticələrinə əsasən Şirkətin cari aktivləri 40%-ə yaxın, ümumi aktivləri isə 25%-dən çox artmışdır.

Post-pandemiya dövründə gəlirlərini artırmağa nail olan İnvestAZ-ın gəlirləri bu il ilk dəfə rekord, 4 mln AZN-i keçmişdir. Şirkətin əksər gəlir mənbələrinin hər biri üzrə gəlirləri artmışdır. Gəlirlərinin artmasına baxmayaraq xərcləri dəyişməyən şirkətin bu il üzrə xalis mənfəəti 10%-ə yaxın artmışdır.

Qeyd edək ki, şirkət bu yaxınlarda nizamnamə kapitalını da artırmaq haqqında qərar qəbul etmişdi. Şirkətdən verilən məlumata görə ilin sonunadək şirkətin nizamnamə kapitalının 3 mln AZN-ə çatdırılması nəzərdə tutulur. Bu artım nizamnamə kapitalında ümumilikdə bu il ərzində 33% artım demək olacaqdır. Bununla da şirkət maliyyə dayanıqlılığını daha da artırmış olacaqdır.

Qeyd edək ki, İnvestAZ 2006-cı ildə yaradılmışdır və ölkənin ən böyük İnvestisiya Şirkətlərindən biridir. İnvestAZ lisenziya əsasında daxili və xarici kapital bazarlarında vasitəçilik, anderraytinq, portfel idarəçiliyi və s. investisiya xidmətləri verir.

Son xəbərlər
Digər xəbərlər