“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

®InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR. 

Avrozona, xüsusilə də Almaniya iqtisadiyyatına dair son fundamental göstəricilərin müsbət açıqlanmasına baxmayaraq, EURUSD məzənnəsinin 1.22$-ın altında müqavimətlə rastlaşdığı müşahidə edilir. Bunun ən önəmli səbəbi Avropa Mərkəzi Bank üzvləri tərəfindən və Avropada avronun cari səviyyələrdə ticarət edilməsindən narahatlıqlarını bildirməsidir. 

Bu həftə isə Avrozona və Amerikadan dərc ediləcək inflyasiya, sənaye, xidmət sektorları və əmək bazarında dair önəmli fundamental göstəricilər də diqqət mərkəzində olacaqdır. 

Qeyd etmək lazımdır ki, ABŞ-ın əmək bazarı fonunda müsbət proqnozlar özünü sənaye və xidmət sektorlarında da göstərərsə, bu, avroya qarşı təzyiqləri daha da artıra bilər. 

GBP. 

Funt sterlinq də təzyiq altındadır və 1.38$ müqavimətini qıra bilmir. İngiltərənin sənaye və xidmət sektorları ilə bağlı yayımlanacaq göstəricilər ilə yanaşı, mərkəzi bankın monetar siyasət açıqlaması da bu həftə önəmli rol oynayacaqdır. 

Beləliklə, fundamental hadisələr GBPUSD məzənnəsində 1.37$-ın qırılması ilə nəticələnərsə, ucuzlaşma dalğası başlaya bilər. 

TRY. 

Foreks bazarlarında lirəyə tələb artdığından USDTRY məzənnəsi 7.26TL-yə kimi ucuzlaşıb. 7.24TL-nin qırılması ilə lirədə bahalaşma 6.96TL-yə kimi davam edə bilər. Türkiyədən açıqlanacaq inflyasiya göstəriciləri də diqqət mərkəzindədir. 

OIL. 

Enerji birjalarında son iki həftədir Avropanın Brent neftinin bir barel qiyməti 57 – 54$ aralığında dalğalanmaqdadır və cari səviyyələrdə ticarət edilməkdə davam edəcəyi proqnozlaşdırılır. 

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir. 

GOLD. 

Əlvan metallar bazarlarında isə qızılın qiyməti son iki həftədir 1875$-da (60.3 $/qram) müqavimətlə rastlaşır və bir unsiya üzrə qiymət sözügedən səviyyənin altında qalmağa davam edərsə, 1800$-a (57.9 $/qram) kimi ucuzlaşacağı proqnozlaşdırlır. 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin 

Analitika Departamenti


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.