“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR. 

Avrozonada biznes aktivliyi indeksinin müsbət açıqlanması, Avropa yenidənqurma fondunun Almaniyada təsdiqlənməsi və Breksit ticarət sazişinin imzalanması, EURUSD məzənnəsinin 1.21$-ın üzərində ticarət edilməsinə səbəb olur. 

Bununla yanaşı, bu həftə Almaniya və Amerikadan iqtisadi inkişaf göstəriciləri, FED-in faiz qərarı və açıqlamaları da önəmli rol oynayacaqdır. 

GBP. 

GBPUSD məzənnəsinin də 1.38$-ın üzərində dəstək görərək, bahalaşıb və hazırda 1.39%-ın üzərində dalğalanır. 

TRY. 

Türkiyə ətrafında siyasi və iqtisadi risklərin yenidən artması, lirənin də ucuzlaşmasına səbəb olub. Bu baxımından hazırda 8.45TL qırılmaq üzrə olan USDTRY məzənnəsi fonunda investorlar gələn həftə dərc ediləcək TCMB-nin növbəti faiz qərarını da böyük maraqla gözləyirlər. 

OIL. 

Brent markalı neftin bir barel qiyməti son iki ayın orta səviyyələrdə dalğalanmaqda davam edir. Üfüqi dalğalanmaya səbəb bazarların “OPEC Plus”-un çərşənbə günü baş tutacaq növbəti toplantısının nəticələrinə köklənməsidir. 

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir. 

GOLD. 

Son bir həftə ərzində qızılda üfüqi korreksiyadan sonra bir unsiya üzrə qiymət yenidən 1770$-ın (56.9 $/qram) üzərində dəstək görərək dəyər qazanmağa başlayıb. Təhlillərə əsasən, 1787$-ın (57.5 $/qram) qırılması korreksiya dəhlizinin yarılması üçün önəmli olacaqdır. 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin 

Analitika Departamenti

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.