22 C
Baku
Sunday, June 26, 2022

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz (Avro, funt və qızıl ucuzlaşmaqda)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR. 

Amerikanın əmək bazarına dair fundamental göstəricilərin qarışıq açıqlanması qeyri-müəyyənliyi artırmaqla yanaşı, dolların da müqavimətlə rastlaşmasına səbəb olur. Bu qısa müddət ərzində avroya olan tələbi artırsa da EURUSD məzənnəsində ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır. 

Texniki təhlillərə əsasən, məzənnə 1.11$-ın altında qaldıqca 1.09$-a kimi ucuzlaşa bilər. 

GBP. 

GBPUSD məzənnəsində də ucuzlaşmanın 1.31$-ın qırılması ilə 1.30$-a kimi davam edəcəyi proqnozlaşdırılır. 

TRY. 

USDTRY məzənnəsində 14 – 15TL aralığında üfüqi dalğalanma davam edir və növbəti istiqamət sözügedən səviyyələrdən birinin qırılması ilə müəyyən olunacaqdır. Bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da Türkiyədən dərc ediləcək inflyasiya ilə bağlı göstəricilər də investorların diqqət mərkəzindədir. 

OIL. 

Enerji birjalarında təklifin artması ilə Brent 106$-a ucuzlaşıb və trend 95$-a kimi davam edə bilər. 

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir. 

GOLD. 

FED-in sərt monetar siyasətinə davam etməsi, qızılın da ucuzlaşmasına səbəb olur.  1913$-ın (61.5 $/qram) qırılması ilə bir unsiya üzrə qiymət 1890$-a (60.8 $/qram) kimi dəyər itirə bilər. 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin 

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

Son xəbərlər
Oxşar xəbərlər