24 C
Baku
Thursday, April 18, 2024

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz (Foreks: Dollarda bahalaşma)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR. 

Avropada risklərin artması və FED-in faiz artımı ehtimalları fonunda avro bir həftə ərzində 2.2% dəyər itirdi. Növbəti dalğa isə cari həftə ərzində açıqlanacaq fundamental göstəricilərdən asılı olacaqdır. Bunlar arasında ən önəmlisi çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan dərc ediləcək inflyasiya göstəricisidir. Cümə axşamı saat 17:30-da Avropa Mərkəzi Bankın mətbuat konfransı və cümə günü saat 17:30-da ABŞ-ın əmək bazarı ilə bağlı yayımlanacaq məlumatlar da diqqət mərkəzindədir. 

GBP. 

GBPUSD məzənnəsi də keçən həftə ərzində 1.5% dəyər itirib və hazırda 1.34$ önəmli dəstək səviyyəsinin üzərində ticarət edilməkdədir.

Cümə axşamı İngiltərə Mərkəzi Bankı da yeni faiz qərarını açıqlayacaq və burada isə növbəti artım proqnozlaşdırılır. Bu baş verərsə, funt sterlinq yenidən dəyər qazanmağa başlaya bilər. 

TRY. 

13 – 14TL aralığında dalğalanan USDTRY məzənnəsi üzrə təhlillərə əsasən, lirə 12 səviyyələrinə kimi dəyər qazana bilər. 

Bununla yanaşı, cümə axşamı saat 11:00-da Türkiyədən də istehlak qiymətlərində artım ilə bağlı yeni məlumatlar yayımlanacaqdır. 

OIL. 

Enerji birjalarında neftə olan tələbin artması ilə Brent qiyməti yüksəlməkdə davam edir və bu, 97$-a kimi davam edə bilər. 

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir. 

GOLD. 

Foreks bazarlarında dolların yüksəlməsi, qızılı da təzyiq altında saxlayır. Lakin inflyasiya dair yeni dərc ediləcək göstəricilərdə artım davam edərsə, bahalaşma dalğası yenidən bərpa oluna bilər. Bunun üçün 1776$ (57.1 $/qram) önəmli dəstək səviyyəsidir və qiymət bunun üzərində qaldıqca, yenidən dəyər qaza biləcəyi proqnozlaşdırılır. 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin 

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Son xəbərlər
Digər xəbərlər