3 C
Baku
Saturday, December 14, 2024

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR. 

Almaniya iqtisadiyyatına dair fundamental göstəricilərin mənfi açıqlanması, Amerika fonunda nikbinliyin artması, EURUSD məzənnəsinin yenidən təzyiq altında qalaraq, 1.21$-ın altında ticarət edilməsinə səbəb olub. 1.20$-ın qırılması ilə ucuzlaşma 1.18$-a kimi davam edə bilər. 

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın əmək bazarı ilə bağlı dərc ediləcək statistik göstəricilər də önəmli rol oynayacaqdır. 

GBP. 

Cümə axşamı saat 15:00-da yayımlanacaq İngiltərə Bankının faiz qərarı öncəsi GBPUSD məzənnəsi də ucuzlaşır. Növbəti qırılması vacib dəstək səviyyəsi 1.38$-dır və bunun baş verməsi ilə platformalarda 1.37$-ın ticarət edildiyi müşahidə oluna bilər. 

TRY. 

Cümə axşamı TCMB də faiz qərarını açıqlayacaq. Proqnozlar dəyişikliyin olmayacağı istiqamətindədir. Bu, lirənin yenidən 8.48TL-yə kimi ucuzlaşmasına səbəb ola bilər. 

Bazar ertəsi saat 11:00-da yayımlanacaq məlumatlarda da inflyasiyanın 17.3%-ə kimi artmacağı ehtimal edilir. 

OIL. 

Foreks bazarlarında dolların dəyər qazanması, Brent neftinin 66$-a kimi korreksiyasına səbəb olub və proses 64$-a kimi dərinləşə bilər. 

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir. 

GOLD. 

Əlvan metallar bazarlarında isə 1764$-ın (56.7 $/qram) qırılması ilə korreksiya dəhlizinin 1737$-a (55.9 $/qram) kimi genişlənməsi proqnozlaşdırılır. 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin 

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

Son xəbərlər
Digər xəbərlər