8 C
Baku
Thursday, December 12, 2024

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

®(Birjalarda qeyri-müəyyənliklər diktə edir)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Ötən həftənin çərşənbə günü Avrozonada və İngiltərədə açıqlanan İstehlak Qiymətləri İndeksinin proqnozlaşdırıldığı kimi azalması fonunda İngiltərə və Avropa Mərkəzi Banklarının monetar siyasətlərini yumşaldacağı ehtimallarının daha da artması dolların qiymətlərinə bir qədər dəstək gördü. Nəticədə EURUSD və GBPUSD  cütlüklərində artım tendensiyasının bir qədər səngidiyi müşahidə olunur.

Təhlillərə əsasən “Buğa”lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə qaytara və bu səviyyənin üzərində saxlaya bilsələr, EURUSD və GBPUSD məzənnələrində ucuzlaşma yaşana bilər. 

Cari həftə ərzində ABŞ-da açıqlanacaq İqtisadi İnkişaf Səviyyəsi, İngiltərədə, Avrozonada, Almaniyada, həmçinin Amerikada dərc olunacaq biznes aktivliyi indeksi göstəriciləri birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər. Eləcədə, Amerikada açıqlanacaq şəxsi xərclərə dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaqdır.

EUR

Ötən həftə ərzində üfüqi tendensiya sərgiləyən EURUSD məzənnəsi həftəni 1.0850 hədləri üzərində tamamladı. Təhlillərə əsasən dollar indeksindəki eniş tendensiyası dərinləşərsə, avro dollar qarşısında 1.1050 hədlərinə qədər bahalaşa bilər. Qeyd edək ki, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı və Almaniyada açıqlanacaq “İFO” Biznes Mühiti İndeksi göstəriciləri tendensiyanın gedişinə ciddi təsir edə bilər.

GBP.

Ötən həftənin sonu 1.2435 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsində trendin necə davam edəcəyində bu həftə İngiltərədə açıqlanacaq Biznes Aktivliyi İndeksinə dair statistik rəqəmlər ciddi təsir edə bilər. 

TRY.

Bu həftənin cümə axşamı günü Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz dərəcələrini dəyişdirməməsinə baxmayaraq, USDTRY 18,80TL həddindəki maksimumunu qorumaqla  üfüqi tendensiyasını davam etdirir..

GOLD. 

Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Dollar indeksində eniş tendensiyası davam edər və 1930$ həddini qıra bilsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1942$ və 2008$-a kimi bahalaşa bilər. Təhlillərə əsasən, 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin 

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər
Digər xəbərlər