12 C
Baku
Saturday, November 23, 2024

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

®(ÜDM-də geriləmə ehtimalları fonunda dollar təzyiq altındadır)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Keçən həftə verilən açıqlamalara baxdığımızda həm Federal Ehtiyyatlar Sistemi, həm də Avropa Mərkəzi Bankının rəsmilərinin inflyasiyanın azaldılmasının zaman alacağı, ona görə də yüksək faiz dövrünün də uzun olmasının gərəkliliyi qənaətində olduğunu demək olar. Birjalar FED-in faiz artımını ECB-dən daha tez tamamlayacağını qiymətləndirsələr də, hər iki mərkəzi bankın erkən hərəkət etməyin nəticələrinin gecikmədən daha ağır olacağı fikrində həmfikir olduğu görünür.

Bu həftə cümə axşamı günü Amerikada açıqlanacaq ÜDM-in həcmi və ÜDM-də Qiymət İndeksi, həmçinin cümə günü dərc olunacaq şəxsi xərclərə dair göstəricilər dollar indeksində qiymətlərin formalaşmasında həlledici roll oynaya bilər.

Dollar indeksi isə 100.80 bənd səviyyəsindəki dəstək həddini qorusa da, fevralın əvvəlindəki kimi canlanma göstərə bilmir. İndeksdə 103.50 səviyyəsindəki müqavimət həddi qırılmadığı müddətcə eniş tendensiyası davam edə bilər. Artım tendensiyasının bərpası üçün ilk növbədə 103.50 bənd səviyyəsindəki psixoliji baryer qırılmalıdır. 

EUR

Avrozonada artımla açıqlanan inflyasiya göstəricilərindən sonra keçən həftə 1.1060 hədlərini test etdikdən sonra, mərkəzi bankların rəsmilərinin açıqlamaları fonunda 1.0920 səviyyəsinə geriləyən EURUSD məzənnəsi cari ticarət həftəsinin ilk günündə yenidən artım tendensiyasını bərpa edərək 1.1060 həddinə doğru hərəkət edir. “Buğalar” qiyməti bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası 1.1200 hədlərinə kimi davam edə bilər.

Bu həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq İqtisadi İnkişaf Səviyyəsi, həmçinin Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri EURUSD cütlüyündə tendensiyanın gedişatına ciddi təsir edə bilər.

GBP.

Ötən həftə proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərindən sonra artım tendensiyasını bərpa edən GBPUSD məzənnəsi cari ticarət həftəsinin ilk günündə yenidən 1.2480 hədlərinə yüksəlib. Dollar indeksi üzərində təzyiqlər davam edərsə, funt dollar qarşısında 1.26$-a kimi bahalaşa bilər. 

GOLD. 

Ötən həftənin sonu 1974$-a kimi ucuzlaşan qızıl bu səviyyədən dəstək alaraq yenidən bahalaşmağa başlayıb. Hazırda 1990$ hədlərində ticarət olunan qiymətli mütalın bir unsiya üzrə dəyəri 2000$ hədləri üzərində möhkəmlənə bilsə, artım tendensiyası 2032$, və 2052$-a kimi davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin 

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

Son xəbərlər
Digər xəbərlər