“İnvestAZ” İnvestisiya Şirkəti yeni inkişaf mərhələsinə qədəm qoyur!
Şirkətin Müşahidə Şurasının tərkibi iki yeni peşəkar üzvlə artırılaraq 5 nəfərə çatdırılaraq təkmilləşdirilib. Ceyhun Abdullayev və Tural Eyvazlı Müşahidə Şurasına üzv seçilib. Bu addım şirkətin yeni korporativ standartlara keçidinin təmin olunmasında effektiv rolu olacaq.
İnvestAZ İnvestisiya Şirkəti 2006-cı ildən bazar iştirakçılarına fərqli maliyyə bazarları həllərini təqdim edir. Kapital Bazarlari Sektorunda Nizamnamə kapitalı ən yüksəklərdən olmaqla, ölkənin qabaqcıl investisiya şirkətlərindən biridir.
İnvestAZ İnvestisiya Şirkəti yeni dövrdə ən yüksək keyfiyyətli investisiya xidmətlərini tək platformadan təqdim etməyə davam edəcəkdir.
Ətraflı məlumat üçün: www.investaz.az