17 C
Baku
Saturday, May 18, 2024

InvestAZ İnvestisiya Şirkəti cəbhəyanı bölgələrə yardım göndərdi

®Bildiyiniz kimi 27 Sentyabr tarixindən etibarən müzəffər ordumuz Azərbaycanın işğal olunmuş torpaqlarını düşmənlərdən azad etmək uğrunda həlledici uğurlar qazanmışdır. Bununla yanaşı bir sıra cəbhəyanı bölgələr mənfur düşmənlər tərəfindən dağıdıcı zərbələrə məruz qalmış, nəticədə bir çox vətəndaşımızın evlərinə ciddi ziyan dəymişdir.

Daim sosial aktivlik göstərən və orduya öz dəstəyini əsirgəməyən InvestAZ şirkəti bu dəfə də yardım kampaniyasında iştirak etmişdir. Belə ki, şirkət, cəbhəyanı bölgələrdə dağıntılar nəticəsində müvəqqəti məcburi köçkün olmuş vətəndaşlarımıza, həmçinin əsgərlərimizə hümanitar yardım-bu dönəmlərdə zəruri ehtiyac olan sanitar təmizliyin təminatı üçün xüsusi qovşaqlar və isitmə avadanlıqları göndərmişdir.  Bu kimi  yardımların bundan sonra da göstəriləcəyi planlanmaqdadır.

Şirkət, çoxdan gözlənilən bu qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, Ali Baş Komandanımıza və müzəffər ordumuza təşəkkürünü bildirir. QARABAĞ AZƏRBAYCANDIR!

Artboard 1 3 Artboard 1 copy Artboard 2 copy Artboard 2 Artboard 3

Son xəbərlər
 ⁠
Digər xəbərlər