“İnvestAZ İnvestisiya Şirkəti” QSC-nin Bakı Fond Birjasındakı dövriyyəsi 2024-cüi ilin ilk üç rübündə 1 milyard 511.8 milyon manata yüksəlib.
Banker.az xəbər verir ki, bu da illik müqayisədə 6 dəfə yüksəlmədir.
Keçən ilin ilk üç rübündə 258.9 milyon manat idi.
Dövriyyədə ARMB qiymətli kağızları (49.3 mln. manat), dövlət istiqrazları 164.2 mln. manat), korporativ istiqrazlar (55.3 mln. manat), səhm (2.1 mln. manat), və repo (1 mlrd. 285.3 mln. manat) ilə həyata keçirilib.