Fəaliyyətini daim yeniliklər ilə zənginləşdirən InvestAZ investisiya şirkəti, 2018-ci ildə, Azərbaycanın yatırım bazarında ilk dəfə olaraq “INVESTOR CARD” – investisiya kartını təqdim etdi. Hal-hazırda Premium və Standart olaraq təklif edilən bu kart vasitəsilə siz, bir çox üstünlüklər əldə edəcəksiniz.
“INVESTOR CARD”, bir kartdan daha çox imkanlara sahib ola biləcəyiniz kartdır. Bu kart ilə sərbəst vəsaitləriniz təkcə virtual ekranda deyil, həmçinin real kartınızda olacaq.
7 gün 24 saat, internetin olduğu hər yerdən öz InvestOR hesabınıza daxil olaraq kartınızın balansını görə, cari hesabınıza mədaxil edə və ya öz cari hesabınızdan sərbəst vəsaitlərinizi kartınıza məxaric edə bilərsiniz.
“INVESTOR CARD” həmçinin beynəlxalq ödəniş kartıdır və dünyanın istənilən nöqtəsində sizə sərbəst vəsaitinizi əlçatan edəcəkdir. Bundan başqa, bu kartla ödənişlər zamanı müvafiq bonus və ya “cash back”-lər əldə edə biləcəksiniz.
InvestAZ İnvestisiya şirkəti hər zaman Azərbaycan investorlarının Dünya Maliyyə Bazarlarındakı aktivlərə yatırım imkanını genişləndirməyi hədəf bilmişdir. İnvestisiya fəaliyyətinin göstərilməsi üzrə müddətsiz lisenziyaya malik olan InvestAZ investisiya şirkəti, Maliyyə vasitəçiliyi (Brokerage), İnvestisiya bankçılığı (İnvestment Banking), Portfel İdarəçiliyi (Asset Managment), Marja Ticarəti (FOREX), Tədris kimi xidmətləri investorlara təqdim etməkdədir. Daim yeniliklərlə yadda qalan şirkət, bu siyasətə sadiq qalaraq kriptovalyuta və səhm bazarında ticarət fürsətini də artıq yatırımçıların ixtiyarına vermişdir.
Yatırımçıların öz vəsaitlərini asan idarə edə bilməsini və yatırımlarında uğurlu olmasını təmin etməyə çalışan InvestAZ şirkəti, bundan sonrakı fəaliyyətində də daha faydalı yeniliklərə imza atmasını planlaşdırır.
Əlavə olaraq qeyd etmək istərdik ki, son günlərdə haqqımızda yazılan məqalələr təhrif olunmuş və böhtan xarakterlidir. Oxuyuculara bu xəbərlərin həqiqət olmadığını çatdırmaq istəyirik.
Şirkət olaraq hər zamankı kimi şəffaf fəaliyyətimiz davam etməkdədir.