6 C
Baku
Sunday, December 15, 2024

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı – Həftəlik analiz

(ABŞ-da resessiya ehtimalları dolları ucuzlaşdırdı)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR. 

Cümə axşamı açıqlanan statistik göstəricilərə əsasən ABŞ-da illik ÜDM göstəricisi cari ilin ikinci rübündə 0.6% azalıb. Amerika iqtisadiyyatının ikinci rübdə də geriləməsi texniki resessiya ehtimallarını daha da artırmış oldu. Nəticədə dollar indeksi 111 bənd hədlərinə qədər gerilədi. İndeksdəki geriləmə fonunda EURUSD 0.9800 səviyyəsinə yüksəldi.

GBP.

İkinci rübdə ABŞ-da  0.6% geriləyən, İngiltərədə isə 4.4% artan ÜDM göstəricilərindən sonra GBPUSD məzənnəsi 1.1200 hədlərinə kimi bahalaşdı. Dollar indeksində geriləmə davam edərsə, məzənnə 1.1285 hədlərinə kimi bahalaşa bilər.

Bu həftə Amerika, Avrozona və İngiltərədə açıqlanacaq sənaye, xidmət və tikinti sektorlarında biznes aktivliyi indeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.

TRY.

Ötən həftə 18.55 hədlərinə kimi yüksələn USDTRY məzənnəsi tarixi maksimumlarını yenilədi.  Bu gün Türkiyədə açıqlanacaq inflyasiya göstəriciləri lirənin birjalardakı qiymətinin necə dəyişəcəyinə ciddi təsir edə bilər.

GOLD.

ABŞ-da artan resessiya ehtimalları fonunda qızıl bahalaşır. Hazırda 1663$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1669$-ın üzərinə yüksəlsə, 1684$-a kimi bahalaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər
Digər xəbərlər