7 C
Baku
Tuesday, January 7, 2025

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və İstehlak Qiymətləri İndeksi (CPİ) göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.

“Ayılar” qiyməti 1.05$ həddinin altında qoruyub saxladığı müddətcə, eniş tendensiyası davam edə bilər.

GBP

Keçən həftəyə 1.2575 səviyyəsində başlayan GBPUSD məzənnəsi ucuzlaşaraq 1.2350 həddini test etdikdən sonra, buradan dəstək taparaq bir qədər bahalaşdı və həftəni 1.2425 səviyyəsində tamamladı.

Bu həftə isə İngiltərədə dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri birjalarda funt-sterlinqin qiymətlərinə yön verəcək.

GBPUSD məzənnəsində “ayılar” qiyməti 1.26$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.

XAUUSD

Son həftələrdə üfüqi dalğalanma sərgiləyən qızıl ötən həftə 2665$-a kimi bahalaşdı Daha sonra bu səviyyədə “ayılar”ın müqaviməti ilə üzləşən “sarı metal” 2640$-a kimi ucuzlaşdı. Hazırda da 2640$-dan təklif olunan qızılda mümkün eniş ssenarisində qarşıda duran əsas dəstək həddləri kimi, 2637$, 2616$ və 2600$ hədləri çıxış edir.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

___________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər
Digər xəbərlər