-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“İnvestAZ”ın korporativ istiqrazlar üzrə əməliyyatları kəskin artırıb

Azərbaycanda qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edən “İnvestAZ İnvestisiya Şirkəti” QSC 2021-ci ildə korporativ istiqrazlar bazarında mövqeyini xeyli gücləndirib.

Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, investisiya şirkəti ötən il korporativ qiymətli kağızlar üzrə 283.2 mln. manatlıq əməliyyat aparıb.

Bu da 2020-ci illə müqayisədə 172.65 mln. manat, yaxud 56.01% artmışdır.

“İnvestaz İ.Ş.” 2021-ci ildə 127.56 mln. manatlıq Mərkəzi Bank notları üzrə, 24.99 mln. manatlıq dövlət istiqrazları, 15.45 mln. manatlıq səhm əməliyyatları, 24.5 mln. manat repo əməliyyatları həyata keçirib ki, bu da cəmi olaraq 451.29 mln. manatlıq əməliyyat aparıb.

Korporativ istiqraz – emitentin istiqraz sahiblərinə borclu olduğunu və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc adlı sənədsiz investisiya qiymətli kağızdır.

Son xəbərlər
Oxşar xəbərlər