Müəllif: Elçin Çobanov, Azfen J.V. HR Department
İnvestisiya (ing. investment) — gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Bunlara pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar və s. aiddir.
İnvestisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur. Maliyyə aktivlərinə investisiya qoyuluşu qiymətli kağızlara və digər maliyyə aktivlərinə (ssudalara, digər müəssisələrin nizamnamə fondlarına və s.) qoyuluşları əks etdirir. Onlar ölkə və xarici maliyyə aktivlərinə investisiyaları birləşdirir.
İnvestisiya müəyyən zaman kəsiyində istehsal vasitələrinə edilən əlavələr və bu yöndə olan xərclər kimi başa düşülür. Burdan belə nəticəyə gəlmək olar ki investisiyanın iki cür ola bilər -nağd və ya real formada. Burada söhbət sabit investisiyalardan gedir.
Sabit investisiyaları iki sinfə ayırmaq mümkündür:
- Avadanlıq və təchizata olunan əlavələr
- İnşaat investisiyaları
Sabit investisiyaların növləri
Yeni İnvestisiyalar – Yeniləmə İnvestisiyaları
Müəyyən zaman kəsiyində müəssisənin istehsal vasitələrinə etdiyi net əlavələrə yeni investisiya deyilir. Yeni investisiyalar müəssisənin sərmayəsində real net bir artıma səbəb olur. Dövr ərzində olunan bütün investisiyalar müəssisənin sərmayəsində real artım yaratmaz. Belə ki, zamanla istehsalda iştirak edən vasitələrin bir qismi aşınmaya məruz qalır. Bu təsiri aradan qaldırmaq üçün olunan investisiyalara yeniləmə investisiyaları deyilir. Yeni və yeniləmə investisiyaları çox yaxın olduğu üçün bunları çox vaxt eyniləşdirib ələ alırlar.
Misal üçün:
Aşınmış bir dəzgahın yerinə yenisi alındıqda bunun nə qədərinin yeniləmə nə qədərinin yeni investisiyanın payına düşməsini aydınlaşdırmaq çətindir.
İnkişaf – Tamamlama investisiyaları
Mövcud müəssisənin genişləndiriməsi ilə istehsal həcminin artırılması, müəssisənin bazar payının artırılması və ya tələbin daha qısa müddətdə təmin edilməsi məqsədi ilə olunan investisiyalar inkişaf investisiyalarıdır. İnkişaf investisiyaları mövcud texnologiyanın yenilənməsi ilə də həyata keçirilə bilər. Yeniləmə investisiyası ilə inkişaf bir biri ilə çox yaxın olmasına baxmayaraq, onların da müəyyən fərqləri vardır. Yeniləmə investisiyası mövcud istehsalı qorumaq məqsədi ilə həyata keçirilir, inkişaf investisiyası isə artım əldə etmək məqsədi ilə sahib olduqlarında dəyişiklik etməkdir.
Müəssisə qurulduqda bazarda tələb çatışmazlığı hiss olunarsa və müəssisənin optimal istehsal həcmi ilə işləmək şansı olmayacaqsa, layihə daha planlaşdırılmış istehsal həcmindən daha aşağı istehsal həcmi ilə işləyib zamanla bazar payı artdıqca tamamlama investisiyaları edə bilər. Tələbdəki artıma paralel olaraq layihənin planlana səviyyə çatdırılması üçün olunan investisiyalara tamamlama investisiyaları deyilir.
Avtonom və ya infrastruktur investisiyaları
Bu növ investisiyalar bir başa mənfəət əldə etmək üçün edilməyən investisiyalardır. Bu investisiyalar dolayısı ilə iqtisadiyyata və iqtisadi sektora təsir edən faktorlardır.
Daha çox dövlət tərəfindən bu cür investisiyalar həyata keçirlməsinə baxmayaraq bəzi böyük müəssisələr də özlərində sosial məsuliyyət hiss edərək bu cür investisiyalar həyata keçirirlər. Belə ki, həyat səviyyəsindəki artı,m tələbi də artıracaq və dolayısı ilə müəssisədə fayda görəcək.
Misal üçün:
Hər hansı zavod və ya fabrik ətrafında yaşayış şəhərciyi salmaqla həmin müəssisə bir başa heç bir mənfəət əldə etməz. Lakin bu öz təsirini istehsal həcminin artmasında mütləq göstərər.