-3 C
Baku
Sunday, December 15, 2024

İnvestisiya bankları Bitcoinlə maraqlanmağa başlayıb

Banker.az xəbər verir ki, bank sahəsində ixtisaslaşmış konsaltinq şirkəti olan Opimas belə hesab edir ki, nəhəng investisiya maliyyə şirkətləri kriptovalyuta ilə bağlı risklərə baxmayaraq, Bitcoini nəzərdən keçirir.

Belə ki, Goldman Sachs bankının baş direktoru Lloyd Blankfeyn bildirib ki, maliyyə strukturu kriptovalyutalardan istifadənin faydalarını təhlil etməyə başlayır. O həmçinin qeyd edib ki, investisiya şirkətlərinin bir çox müştərisi gələcəkdə kriptovalyutadan istifadə etmək istərdi.

Onun sözlərinə görə, əvvəl bəşəriyyət kağız banknotlara keçidə şübhə ilə yanaşırdı və hazırda eyni proses kriptovalyuta ilə baş verir.

Opimas şirkəti həmçinin qeyd edib ki, əksər müştərilər kriptovalyutalarda potensial olduğunu düşünürlər. Bununla belə, rəqəmsal valyutaya kapital yatırımı riskli məsələ olaraq qəbul edilir.

Son xəbərlər
Digər xəbərlər