10 C
Baku
Bazar, Dekabr 5, 2021

İnvestisiya Holdinqinin iclasında AZAL, “BakuBus” və metronun fəaliyyəti müzakirə edilib

Bu gün Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə növbəti iclas keçirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, toplantının gündəliyində nəqliyyat sektoruna aid 4 portfel şirkətin “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin fəaliyyətinin diaqnostikasının nəticələri və portfel şirkətlərin korporativ idarəetmə standartlarının və idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi məsələləri müzakirə edilib.

Holdinqin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.

Həmçinin iclasda diaqnostikanın nəticələri barədə nəqliyyat sektoruna aid portfel şirkətlərin Müşahidə Şurasının sədrinin və şirkət rəhbərlərinin çıxışları ətrafında geniş müzakirələr aparılıb.

762c14c3 3c5b 30f8 b771 1c77c5129841 321.jfif

Son xəbərlər
Oxşar xəbərlər
X