2021-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan dövlət müəssisələrinin gəliri 2020-ci illə müqayisədə 54 % çox olub.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bu ilin I yarısında isə İnvestisiya Holdinqinin müəssisələri gəlirini illik müqayisədə 68% artırıb.
Nazir dövlətə məxsus müəssisələrin özəlləşdirilməsinə də toxunub və qeyd edib ki, inditə qədər “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus 5 şirkət özəl sektora ötürülüb.