İnvestisiya layihələrinin həyata keçirilməsinə 43 milyon vəsait ayrılıb

Naxçıvana respublika büdcəsindən ötən il investisiya layihələrinin həyata keçirilməsi üçün 43 milyon 700 min manat vəsait ayrılıb.

Banker.az xəbər verir ki,  bu barədə muxtar respublikanın maliyyə naziri Rafael Əliyev məlumat verib.

Bildirib ki, 2020-ci il ərzində 3 milyon 816 min manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınıb.

Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq və abadlaşdırma işlərinin aparılmasına, yerli idarəetmə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisinə, şəhər və kənd daxili avtomobil yollarının yenidən qurulmasına, eyni zamanda infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.