22 C
Baku
Thursday, July 3, 2025

İnvestisiya layihəsinin maliyyələşdirilməsinə 36 milyon manat kredit verilib

Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ilin yanvar-iyun ayları ərzində 546 investisiya layihəsinin maliyyələşdirilməsinə 36.6 milyon manat güzəştli kredit verilib.
Banker.az xəbər verir ki, verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 1 009 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edilən dövr ərzində verilmiş kreditlərin 97.1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.
2021-ci ilin ilk 6 ayı ərzində güzəştli kreditlərin 58.2%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 28.1%-i sənaye məhsullarının istehsalı və emalı, 13,7 %-i digər sahələrə verilmişdir.
Son xəbərlər
Digər xəbərlər