18 C
Baku
Thursday, April 25, 2024

İnvestisiya Layihəsi və Planlama

Müəllif: Elçin Çobanov, Azfen J.V. HR Department

Layihə bir mövzu ətrafında fikirlərin cəmlənməsi, problemlərin həlli üçün bütün detalların düşünülməsi və istifadə olunacaq vasitələrin və mərhələlərin sistemli olaraq müəyyənləşdirilməsi və ortaya çıxarılması cəhdidir. 

Bir işə başlamamışdan öncə yazılı olmasa da bir layihə düşünməkdə fayda var. Layihə hazırlanması qarışıq, uzun zaman kəsiyinə yayılan, bir necə mərhələli, böyük xərclər tələb edən işlərdə vəsaitlərin effektiv istifadəsinə xidmət edəcək.

İnvestisiya layihəsi müəyyən bir istehsalın ən az xərclərlə həyata keçirmək və yüksək iqtisadi və texniki səmərə əldə etmək üçün, hansı malın harada və nə qədər istehsal olunacağının, məlumatların sistematik istifadə olunması ilə qərar qəbul etmə və reallaşdırması ilə bağlı davranışlardır.

İnvestisiya layihələri məhdud vəsaitlərlə ən çox gəlir və ya fayda əldə etmək üçün qurulan vahid plandır. İnvestisiya layihəsi bir investisiya fikridir. Hər hansı bir investisiya layihəsindən bəzi gözləntilər var:

  • Investisiya layihəsi ilə yeni bir istehsal həcminin yaradılması və ya mövcud səviyyənin yenilənməsi, böyüdülməsi və gələcək dövrdəki mal və ya xidmətlərin istehsalının planlanması.
  •  Istehsal layihəsi iqtisadi amillər (faktorlar) tələb edəcək: iş gücü, sərmayə, təbii sərvətlər və s.
  • Investisiya layihəsi müəyyən bir istehsal texnologiyasının tətbiqini tələb edəcək.
  • Investisiya layihəsi bir sıra hüquqi münasibətlərə zəmin yaradacaq.

Ümumi şəkildə desək, investisiya layihəsi bir investisiyanın realaşdırılması ilə iqtisadi ömrün sonuna qədər içində yer alacağı, təsirində olacağı hər cür texniki, iqtisadi və sosial şəraitin və bunlarla bağlı digər faktorların təhlili, planlanması və dəyərləndirilməsi ilə bağlı davranışlardır.

Layihələndirmə və planlama bir birinə çox yaxın davranışlardır. Plan müxtəlif sahələrlə bağlı layihələrin iqtisadi olaraq dəyərləndirilməsi və müəyyən məqsədlərə nail olmaq üçün koordinasiya yaradılmasıdır. Qurum öz məqsədinə bir sıra layihələr reallaşdırmaqla nail ola bilir. Layihə hər hansı bir məqsədin reallaşması ilə yekunlaşmalıdır.

Planlaşdırma – həyata keçiriləcək layihələrin uğurunun əvvəlcədən obyektiv hesablamalarla dəyərləndirilməsi və aralarında prioritetlərin müəyyən edilməsindən ibarətdir. Sözü gedən dəyərləndirmələrə investisiya meyarları da deyilir.
Layihələşdirmə və planlaşdırma arasında münasibətə baxarkən unudulmamalıdır ki:

  • Planda qurumun müəyyən bir zaman dilimindəki bütün fəaliyyət və məqsədlərinə ümumi bir nəzər yetirilir. Layihə isə müəyyən bir iqtisadi fəaliyyətin mümkün bütün detallarını incələyir. Planlaşdırma daha makro baxışdı, layihə isə daha mikro baxışdır və planların həyata keçirilməsi yolunda atılan bir addımı öyrənir(dəyərləndirir).
  • Planlama gələcəyə istiqamətli bir baxışdır. Keçmişi analiz edib gələcəyin təxmin edilməsidir. Layihələşdirmədə də keçmiş hadisələr analiz olunur, lakin firma hədəflərinin reallaşmasına xidmət etməyəcəksə, icra olunmur.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər