23 C
Baku
Tuesday, July 1, 2025

İnvestisiya şirkəti internet xidməti alır – “Bravo Online Systems”ə 8 min ödəyəcək

“Azərbaycan İnvestisiya Şirkəti” ASC “Bravo Online Systems” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin AZ1025, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37, “Demirçi Tower” 20-ci mərtəbə ünvanında yerləşən ofisinə fiber optik xətt üzərindən internet xidmətinin satınalınması nəzərdə tutulub.

Müqavilənin məbləği 7 min 646 manatdır.

Bildirək ki, “Bravo Online Systems” MMC 2012-ci ildə 22 avqust taxində təsis edilmişdir. Bravo Online Systems MMC-nin əsas iş prosesi internet provayder olaraq müəsisələrə, ofislərə, binalara, evlərə və s. internet təminatını həyata keçirmək, müştərilərə limitsiz, kəsintisiz, yüksət sürətli və keyfiyyətli Fiberoptik internet xidməti göstərməkdir.

Onu da qeyd edək ki, “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (AİŞ) Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə yaradılıb. AİŞ-in əsas məqsədi yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.

Son xəbərlər
Digər xəbərlər