16 C
Baku
Wednesday, October 16, 2024

İnvestisiya şirkəti xanım səhmdarına 781 min dividend ödəyib

“CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2023-cü ildə yeganə səhmdarı olan xanıma 780.7 min manat divident ayırıb.

Banker.az xəbər verir ki, bu barədə açıq mənbələrdə qeyd edilir.

“CPM-Invest İ.Ş.” ASC 2022-ci ildən Mərkəzi Bankdan lisenziya əldə edib və 400 min manat nizamnamə kapitalı var.

Onun səhmlərinin 1 yanvar 2023-cü il tarixinə olan açıqlamaya görə 100% payla Kəmalə Məmmədova adlı fiziki şəxs sahiblik edir.

İnvestisiya Şirkəti 2023-cü il üzrə xalis gəlirləri illik müqayisədə 46 faiz artaraq 3 milyon 554.46 min manat təşkil edib. Xalis mənfəəti 1 milyon 642.18min manat təşkil edib. Bu da illik müqayisədə 30% artımdır.

Son xəbərlər
Digər xəbərlər